Nazirlər Kabineti “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyəti və Nəqliyyat Təlim-Tədrisi Mərkəzi siyahıdan çıxarılıb. Həmçinin, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.