“Türkaz Ticaret” MMC-nin şirniyyat məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciəti edib. İdxal olunmuş şirniyyat məhsulundan götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasında ekspertizaya cəlb olunub və kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu müəyyən olunub.
Banker.az Agentliyə istinadən xəbər verir ki, 24.01.2022-24.01.2023-ci il tarixli, 024 partiya nömrəli, ümumi çəkisi 340 kq “meliksakşah sultan” əmtəə nişanlı şirniyyat məhsulu partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərar qəbul edilib. Sözügedən məhsul partiyası “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.