11 C
Baku
Monday, November 25, 2024

Müasir iqtisadiyyat nağılı

İqtisadiyyata sadə modellə nəzər salaq. Təsəvvür edin ki, iki şəxs var – maldarlıqla və əkinçiliklə məşğul olan ferma sahibləri. Biri mal-qara, digəri isə kartof yetişdirməklə məşğuldur. Onların hər birinin nahar masası öz zəhmətlərinə uyğun məhsulla zəngindir. Aydındır ki, mal-qara yetişdirməklə məşğul olanın masası ətdən, digərinin ki, isə kartofdan ibarətdir. 

Tutaq ki, bu iki şəxs arasında münasibətlər elə də yaxşı deyil. Lakin uzun müddət ərzində eyni, monoton məhsullarla qidalandıqdan sonra vəziyyət hər ikisini qane etməməyə başlayır. Bir qədər fərqli menyudan kimsəyə zərər gəlməz… Aydındır ki, ticarət onların masasında fərqlilik yaratmağa imkan verəcəkdi.

Yuxarıda qeyd edilən ssenaridən də aydın olur ki, ticarət hər iki personajımız üçün əlverişlidir. Maldar və əkinçi istehsal üçün ikinci məhsula sahib olduqda analoji faydalara sahibdirlər, lakin böyük xərclər hesabına. Təsəvvür edək ki, əkinçinin artıq bir neçə inəyi var. Lakin onun tərəfindən edilən cəhdlər kiloqramla əks edilən ət qismində gözlənilən nəticəni vermir. Eyni vəziyyət maldarlıqla məşğul olan şəxslə də baş verir. O kartof becərməyə cəhd edir, lakin onun torpağı bunun üçün bir o qədər də əlverişli deyil. Aydındır ki, bu halda onların hər biri üçün ən əlverişli variant özlərinin ixtisaslaşdığı işi görmək və məhsul mübadiləsi, yəni ticarətlə məşğul olmaqdır. Lakin bu şəxslərdən hansısa birinin daha peşəkar  olması, əməyinin daha çox məhsuldarlıq qazandırması fonunda ticarətin faydaları az hiss olunan təsir bağışlayır.

Son xəbərlər
Digər xəbərlər