Son üç ildə əməkhaqqının minimal məbləği 2.3 dəfə artaraq 300 manat, orta aylıq məbləği isə 41% artaraq 768 manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan dövrdə Pensiyaların minimal məbləği 2.2 dəfə artaraq 240 manat, orta aylıq məbləği isə 75% artaraq 363 manat təşkil edib. O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 70% artaraq 394 manata çatıb.
Son 3 ildəki artımla bağlı cədvəli təqdim edirik: