Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmləri ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri arasında keçirilən görüşdə bildirilib.
Qeyd olunub ki, hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır.