Dünyanın ən böyük tütün şirkətlərindən biri “Philip Morris International” Avropadakı rəbi “Swedish Match” almaq planlarını açıqlayıb. Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, müqavilənin perspektivləri hələ qeyri-müəyyən olaraq qalır.
“The Wall Street Journal”un qeyd etdiyi kimi, “Swedish Match” 12-15 milyard dollar dəyərində qiymətləndirilib. Xatırladaq ki, “Philip Morris”in bazar dəyəri 155 milyard dollar təşkil edir.
Şirkət “Marlboro”, “Chesterfield”, “Parlament”, “Bond Street” brendləri altında məhsullar istehsal edir.