7 C
Baku
Sunday, December 15, 2024

“Petrobras” ABŞ-ın xahişi ilə neft hasilatını artırmaqdan imtina edib

ABŞ rəsmiləri mart ayında Braziliyanın dövlət neft şirkəti olan “Petrobras”dan Ukraynadakı vəziyyətlə əlaqədar yüksələn enerji daşıyıcıları qiymətlərinin fonunda neft hasilatını artırmağı xahiş etsə də, onlara rədd cavabı verilib.

Bu barədə “Reuters“ məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, şirkət nümayəndələri imtinalarını onunla izah ediblər ki, neft hasilatının səviyyəsinin tənzimlənməsi diplomatiya yox, biznes strategiyası məsələsidir. Bundan əlavə, neft hasilatının qısamüddətli artımı logistika baxımından mümkün deyil.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər