“ASAN xidmət”də növbə götürmək asanlaşdı

“ASAN xidmət” növbə sistemində yenilik edib.

Bu barədə “ASAN xidmət”dən  verilən məlumatda bildirilib.

– Artıq mobil tətbiqlə yanaşı mərkəzlərdə məlumat köşkü vasitəsilə növbəti gün üçün də istənilən xidmətə və istənilən mərkəzə, həmçinin www.asan.gov.az saytından (ASAN Login) onlayn növbə əldə etmək mümkündür;

– Mərkəzlərdə xidməti pəncərələrdə yerləşdirilmiş xüsusi POS-terminalllar vasitəsi ilə bank ödənişlərini onlayn qaydada daha asan həyata keçirmək mümkündür.

Bildirilib ki, yaxın vaxtlarda isə QR kod vasitəsi ödəmə imkanları yaradılacaq.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər