7 C
Baku
Wednesday, December 24, 2025

“Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və SOCAR-ın neft hasilatı və ixracında payı açıqlanıb

2022-ci ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 409 min ton az olub.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, respublika üzrə neft hasilatının 7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,6 milyon ton təşkil edib.

Hesabat dövründə 9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 8,5 milyon tona yaxını konsorsiumun, 448 min  tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2021-ci ilin müvafiq dövrünə nisbətən 501 min ton, yəni 5,3 faiz azdır.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2022-ci il tarixinədək 589 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 553 milyon ton neft, “Şahdəniz”dən isə 36 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 may tarixinədək 589 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Ölkədə neftin emalı 2022-ci ilin yanvar-aprel aylarında 1,8 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 210 min ton az olub.

Son xəbərlər
Digər xəbərlər