Mayın 16-da Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin sammiti keçiriləcək.
Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, tədbir KTMT-nin 30 illiyinə həsr olunub.”Bu, həm liderlərin görüşü, həm də onların işçi səhər yeməyi formatında ayrıca ünsiyyəti olacaq. Gözlədiyimiz kimi, bu tədbirin yekunlarından sonra jurnalistlərə KTMT-nin baş katibi Stanislav Zas və Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verəcəklər”, – deyə Peskov Ermənistanın hazırda təşkilata sədrlik etdiyini xatırladıb.
Sammit iştirakçıları işçi səhər yeməyi formatında görüşüb söhbət edəcəklər.