Rusiyanın “Lukoil” şirkəti Britaniya-Hollandiya neft-qaz şirkəti “Shell”in Rusiyadakı aktivlərin 100%-ni alıb. Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Lukoil”in rəsmi saytında deyilir.
Həmçinin qeyd edilir ki, “Lukoil” Rusiyanın Tver vilayətində yerləşən sürtkü yağları istehsalı zavoduna sahib olacaq. Müqavilə “Shell”ə 350-dən çox əməkdaşının işdə qalmasına kömək edəcək.