Niderlandın Rusiyadakı müvəqqəti işlər vəkili Martin Elqersma Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN-dən bildirilib.
Qeyd olunub ki, diplomata Krallığın Baş Konsulluğunun ərazisində qanunsuz kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı kəskin etiraz edilib.