Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 200 dolları ötüb.
Niderlandın TTF habında təbii qazın iyun fyuçersləri 1 263 dollar ətrafında alınıb-satılır.
Gün ərzində qiymətlər 20 faiz bahalaşıb.
Qeyd edək ki, Ukrayna mayın 11-dən başlayaraq “Soxranovka” məntəqəsindən təbii qaz tranzitinin dayandırıldığını açıqlamışdı.
Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.