Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbərinin müavini, Vyanada İranla nüvə danışıqları üzrə koordinatoru Enrike Mora Frankfurt aeroportunda Almaniya polisi tərəfindən saxlanılıb.
Bu barədə Mora “Twitter“ hesabındakı paylaşımında qeyd edib. Bildirib ki, Tehrandan Brüsselə qayıdarkən polis onu heç bir izahat vermədən hava limanında həbs edib, pasportunu və telefonunu müsadirə edib.
Enrike Mora daha sonra sərbəst buraxıldığını bəyan edib.
Onunla yanaşı, Aİ-nin Vyanadakı BMT səfiri və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) İran üzrə işçi qrupunun rəhbərinin həbs edildiyi, lakin onların ayrı-ayrılıqda saxlanıldığı bildirilib.