2021-ci ilin noyabr ayından etibarən qlobal kriptovalyuta bazarının həcmi bir trilyon dollardan çox azalıb.
Buna investorların riskli aktivlərdən qaçması və əsas rəqəmsal pulların, o cümlədən bitkoinin çöküşü səbəb olub.
Ekspertlərin fikrincə, kriptovalyuta sahəsində vəziyyətin daha da pisləşməsi əvvəllər yalnız özəl investorlara məxsus olan bazarda, indi hedc fondlar kimi institusional qurumların üstünlük təşkil etməsi ilə bağlıdır.