Türkiyənin dəniz doldurularaq inşa edilmiş ikinci hava limanı olan Rizə-Artvin Hava Limanının Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı keçirilir.
Banker.az xəbər verir ki 2017-ci il aprelin 3-də təməli qoyulan hava limanının illik sərnişin gücü 3 milyon nəfərdir. Qabaqcıl mühəndislik texnologiyaları ilə tikilən hava limanı 32 min kvadratmetrlik terminal binası və digər köməkçi binaları ilə ümumi 47 min kvadratmetr qapalı sahəyə malikdir.
Hava limanının dəyərinin 1.7 milyard Türk Lirəsini (cari məzənnə ilə 110 milyon dollar) keçdiyi təxmin edilir.