6 C
Baku
Sunday, December 15, 2024

Karantində olan Şanxay bu tarixdən etibarən normal həyata dönəcək

Şanxay bələdiyyə sədrinin müavini Çen Tong açıqlamasında şəhərin 16 rayonundan 15-də COVID-19 yoluxmalarının sayının məhdudlaşdırıldığını və epidemiyanın nəzarət altına alındığını vurğulayıb. Bununla belə, Çen Tong epidemiyanın artması riskinin davam etdiyini və bu səbəbdən ciddi nəzarətin bir müddət davam etdirilməsi lazım olduğunu bildirib. Tongun verdiyi məlumata görə, epidemiyanın yenidən yüksəlmə riskinin qarşısının alınmasına yönəlmiş tədbirlər mayın 21-dək davam etdiriləcək. Normal həyata dönüşün iyunun 1-dən başlayacağı gözlənilir.

Banker.az xəbər verir ki, Çin rəsmisi bu gün keçirilən mətbuat konfransında şəhərdəki müəssisələrin mayın 16-dan etibarən tədricən açılacağını bildirib.

Qeyd edək ki, Çinin maliyyə mərkəzi olan Şanxayda martın sonunda COVID-19 epidemiyasının son dalğasının təsiri ilə mərhələli şəkildə karantin tətbiq edilməyə başlandı. Şəhərdə təxminən 25 milyon insanın evdə qalması tələbi ilə ciddi tədbirlər həyata keçirilib. Çen Tong, əsas yaşayış şəraitini təmin etmək və həyati əhəmiyyətli materialların tədarükünü təmin etmək üçün həvəsləndirici tədbirlər görərək iş yerlərinin açılmasını və işə qayıtmanı təmin edəcəklərini bildirib. Mayın 14-də Şanxayda 166 simptomatik hal qeydə alınsa da, bütün infeksiyaların müşahidə altında olan insanlarda müşahidə edildiyi bildirilib. Bundan əlavə, şəhərdə 1 203 asemptomatik hal qeydə alınıb. Çin rəsmisi aprel ayından bu yana şəhərdə yoluxmaların sayında kəskin azalma olduğuna diqqət çəkib. O deyib ki, epidemiyanın yenidən ortaya çıxmasının qarşısını almaq üçün yenə dəsərt tədbirlər həyata keçiriləcək, lakin şəhər addım-addım yenidən “açılacaq”.

Bildirilib ki, ticarət mərkəzləri, mağazalar, supermarketlər və apteklər müştərilərin sayını məhdudlaşdırmaqla mərhələli şəkildə açılacaq, topdansatış bazarlarında təmassız əməliyyatlar aparılacaq, pərakəndə ticarət hələlik bərpa olunmayacaq. Bundan əlavə, bazarların məhdud sayda köşk və müştərilərlə açılmağa başladığı bildirilib. Bildirilib ki, şəhərdə paket xidməti fasiləsiz göstərilir, bərbərxanalar isə müştəri sayını məhdudlaşdıraraq yenidən xidmətə başlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər