Yunanıstanın suvenir və hədiyyə mağazalarında “Pifaqor qədəhi” adlandırılan bu qədəh böyük populyarlıqla istifadə olunur. Bu qədəhə müəyyən edilmiş hissəyə qədər şərab tökmək mümkündür, əks təqdirdə maye axaraq töküləcək.
Sözügedən bu effektə nail olmaq üçün qədəhin orta hissəsində iki əyri kanalyaradılmışdır. Onların birinin sonluğu dibdədir, digərin ki isə daxilə açılır. Mayenin daşması Paskal qanununa uyğun olaraq baş verir. Əfsanəyə əsasən, Pifaqor bu qədəhi şərabdan ölçülü şəkildə istifadə etmək və həddindən artıq “görməmiş” insanları cəzalandırmaq üçün ixtira etmişdir.








