McDonald’s Rusiya bazarını tərk etməyə və biznesini satmağa qərar verdiyini açıqlayıb. Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Ölkədə 30 ildən çox fəaliyyət göstərdikdən sonra McDonald’s Rusiya bazarından çıxdığını elan edib və Rusiya biznesini satmaq prosesinə başlayıb”, – deyə mesajda bildirilib.
Vurğulanır ki, Rusiyanı tərk etməsi nəticəsində şirkət bu bazara xalis investisiyaların silinməsi və xarici valyutanın konvertasiyası nəticəsində 1.2-1.4 milyard ABŞ dolları məbləğində xərclər barədə hesabat verməyi gözləyir.