6 C
Baku
Monday, December 16, 2024

Antiinhisar Xidməti daha bir şirkətə iş qaldırdı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında fəaliyyət göstərən təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməməklə araşdırmanın çevik və effektiv aparılmasına əngəl yaratdığı üçün “ABC-TELECOM” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər