Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatları 445,7 milyon ABŞ dolları azalıb.
Bu barədə Milli Bankın saytında məlumat yerləşdirilib. Bildirilir ki, 2022-ci il aprelin 30-na olan vəziyyətə görə, Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatları 3 milyard 826,4 milyon dollar təşkil edib. İlin əvvəlindən aprelin 30-dək bankın valyuta ehtiyatları 445,7 milyon dollar və ya 5,7 faiz azalıb. Bankın valyuta ehtiyatları 2021-ci ildə ən yüksək həddə çataraq 4 milyard 272,1 milyon dollar olub. Həmin il valyuta ehtiyatları 361,3 milyon dollar artıb.
Analitiklərin fikrincə, Milli Bankın valyuta ehtiyatlarının həcminin azalması Gürcüstan hökuməti və banklarının valyuta əməliyyatları, eləcə də valyutanın dəyişməsi ilə bağlı aktivlərin yenidən qiymətləndirilməsi ilə bağlıdır.
Qeyd olunur ki, bankın xarici valyutada olan ehtiyatlarının ümumi həcmi 3,3 milyard dollardır.
Gürcüstan Milli Bankının qiymətli metal–qızıl ehtiyatları yoxdur.