15 C
Baku
Sunday, November 24, 2024

Yelo kartla yüksək cashback-lər qazanın!

®Yelo kartla indi daha çox cashback qazanacaqsınız. Yelo Bank partnyor şəbəkəsində və hər ödəniş üzrə təqdim etdiyi standart cashback-lərlə bərabər yeni yüksək cashback kateqoriyalarını da təqdim edir. Kart sahibləri 4 cashback kateqoriyasından ikisini seçməklə həmin ay ərzində heç bir dövriyyə tələbi olmadan daha çox cashback əldə edə bilər:

  • Kafe və restoranlarda – Yelo Light 4%, Yelo Premium 5%
  • Yanacaqdoldurma məntəqələrində – Yelo Light 4%, Yelo Premium 5%
  • Geyim mağazalarında – Yelo Light 4%, Yelo Premium 5%
  • Marketlərdə – hər iki kart ilə 2%

Seçilmiş kateqoriyaları hər ayın 1-i Yelo mobil tətbiqi üzərindən dəyişdirmək mümkündür. Ay ərzində bu kateqoriyalar üzrə maksimum 100 AZN cashback qazanmaq mümkündür. Üstəlik kateqoriya seçib-seçməməyinizdən asılı olmayaraq bütün ödənişlərdə Yelo Light kartı üzrə 0.5%, Yelo Premium üzrə 1% (ölkədaxili onlayn və POS terminallarda alış-veriş əməliyyatları) cashback qazanmağa da davam edirsiniz. Bütün bunlarla yanaşı yüzlərlə partnyor şəbəkəsindən 30%-dək əlavə cashback təklifləri də qüvvədədir. Əgər partnyor yüksək cashback-li kateqoriyaya daxildirsə, o zaman kateqoriya cashbacki ilə partnyorun verdiyi cashback vəsaiti toplanır.

Qazanılmış cashback-lər istənilən vaxt istənilən Yelo Bank kartına köçürülə bilər. Həmçinin kartdakı vəsaiti də komissiyasız nağdlaşdırmaq imkanı verilib. 

Yelo kart müştəriləri təkcə xərcləyərək qazanmır. Eyni zamanda kartlarındakı qalıq məbləğdən də gəlir əldə edirlər. Belə ki, AZN valyutalı Yelo Light kartlarına illik 5%, USD-yə 0.1%, AZN valyutalı Yelo Premium kartlarına illik 7%, USD-yə isə 0.2% əlavə gəlir hesablanır. 

Bu qədər funksionallığı özündə cəmləmiş Yelo kartı 3 illik pulsuz əldə etmək mümkündür. Bunun üçün Yelo Light kartına 100 AZN/50 USD/EUR, Yelo Premium kartına isə 1000 AZN/500 USD/EUR mədaxil etmək kifayətdir.

Yelo mobil tətbiqi ilə Yelo kartlarını idarə etmək daha rahatdır. Tətbiq vasitəsilə köçürmə və ödənişlər edə, qazandığınız cashback-ləri və əməliyyatlarınızı izləyə, kart üzrə limitlər təyin edə, habelə debet kart sifarişi edə və digər üstünlüklərdən faydalana bilərsiniz. Sifariş üçün: https://bit.ly/ylplshs 

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!  

Son xəbərlər
Digər xəbərlər