“Azərişıq” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Azərişıq” ASC-nin vergi borcu 742 648 manatdır.
Qeyd edək ki, “Azərişıq” 2000-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 678 705 343 manatdır və qanuni təmsilçisi Yaqub Məmmədovdur.