12 C
Baku
Friday, November 28, 2025

Manhetten: əvvəl və indi

Henri Hadson 1609-cu ildə Manhetteni ilk dəfə necə görmüşdü və indi Manhetten necədir?!

Peter Minuit adlı hollandiyalı bir şəxs 1626-cı ildə Manhetten adasını yerli hindulardan ümumi dəyəri o dövr üçün 24 dollar olaraq qiymətləndirilən əşyalar (bıçaq, təsbeh, adeyal və rom içkisi) qarşılığında alır. İnflyasiyanı nəzərə almaqla bu məbləğ hazırda təqribən 500-700 ABŞ dolları təşkil edir.

Maraqlıdır ki, Manhettenin hazırda yerləşdiyi ərazinin dəyəri 49 milyard dollardır. Lakin vəziyyət kifayət qədər birmənalı deyil. O məbləğ zamanında yüksək faizlə banka yatırılsaydı, hazırda onlar 2 milyard 200 milyon dollara sahib ola bilərdilər.

Belə bir versiya mövcuddur ki, “müqavilə” gedişində alıcılar aldadılıb. Yaxud da, hollandiyalılar adanı yerli hindulardan əldə etməyib.  Güman edilir ki, onlar ov etmək üçün oraya gəlmiş şəxslər olub və müəyyən “sərvətdən” imtina etmək istəməyiblər. Ərazinin əsl sahibləri isə bu hadisədən sonradan xəbər tutmuşlar.

Son xəbərlər
Digər xəbərlər