Dünyanın ümumi LSD ehtiyatını (Dietilamid lizergin turşusu) yalnızca 1 şəxsin, kimyaçı William Picard-ın istehsal etdiyini təsəvvür etmək çətindir. O 1991-ci ildən 2000-ci ilə qədər Kaliforniya universitetinin elmi-tədqiqat kimyəvi laboratoriyasına rəhbərlik etmişdir.
Hər şey varlı tacir Gordon Skinnerin narkotik istehsalına tamah salmasına qədər normal şəraitdə davam edirdi. Həmin tacir sözügedən istehsal üçün hətta nüvə bunkeri almışdı.
Kimyaçı və varlı tacir məhz burada sənaye miqyasında LSD istehsalını təşkil edirdilər.
“Sahibkarların” bu əməlləri isə xərda bir səhv ucbatından özünü biruzə verir.
Bir dəfə Skinner kazinoda növbəti külli miqdarda məbləği yatırarkən nədənsə özünü İnterpol agenti kimi qələmə verir və dərhal həbs edilir. Vəziyyətin heç də yaxşı olmadığını hiss edən Picard istehsal etdikləri bütün narkotiki də götürərək “aradan çıxmaq” qərarına gəlir. Lakin o çox uzağa gedə bilmir. Belə ki, onun keçmiş şəriki polislə fəal şəkildə əlbir olmağa üstünlük verir. Nəticədə Picard həbs edilir. Varlı tacir olan Skinner sudan quru çıxmağı bacarır, onun kimyaçı ortağı isə ömürlük həbs cəzasına layiq görülür. Rəhbərlik isə böyük qürur hissi ilə dünya LSd ehtiyatının 90%-ni məhv etmək əmrini verir.






