9 C
Baku
Tuesday, December 24, 2024

“Koroğlu”da ödəmə terminallarının yeri dəyişdirilib

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ödəmə terminalları yerləşdiyi məntəqədən çölə çıxarılıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, yaxın günlərdə həmin məntəqənin yerində iaşə obyekti fəaliyyətə başlayacaq.

Banker.az xəbər verir ki, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev ödəmə terminallarının yerinin dəyişdirildiyini təsdiqləyib. O qeyd edib ki, avadanlıqlar məntəqə daxilində həddindən artıq qızdığı üçün oradan çıxarılıb: “Bu yerdəyişmə də sərnişinlərimiz üçün hər hansı çətinlik yaratmayıb. Çünki terminallar əvvəlki məntəqənin yaxınlığında daha rahat formada sərnişinlərimizin xidmətindədir.

Əvvəlki ödəmə məntəqəsinin yerində isə iaşə obyekti olacaq. Burda hər hansı qeyri-adi bir məsələ yoxdur. Xarici şəhərlərin təcrübəsinə baxsaq, bu cür mərkəzlərdə belə iaşə obyektlərinin olduğunu görə bilərik. Qanunvericiliyin tələbləri qorunmaqla görülən işlərdir. Təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri məsələni fərqli formada təqdim edərək manipulyasiyalar edirlər”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər