“Brand Credit Bank Olmayan Kredit Təşkilatı” MMC ötən il ərzində yerli banklara olan kredit borcunun bir hissəsini tam bağlayıb.
Banker.az bu barədə BOKT-un illik audit hesabatına istinadən xəbər verir.
15 oktyabr 2020-ci il tarixinda “Brand Credit BOKT” ilə “Bank Respublika” ASC arasında 1 000 000 manat məbləğində krediti 15 oktyabr 2021-ci il tarixinə tam bağlayıb. Bu kreditə görə banka illik dərəcəsi 15% ilə ödəniş edib.
04 noyabr 2020-ci il tarixində BOKT “Kapital Bank” ASC-dən aldığı 500 000 manatlıq krediti 4 noyabr tarixinə tam bağlayıb. Bu kreditin illik faiz dərəcəsi 15% olub. Lakin BOKT 04 noyabr 2021-ci il tarixdə “Kapital Bank” ASC-dən yenidən 1 000 000 manatlıq kredit alıb. Bu kreditin illik ödəniş faizi 12% təşkil edib. Bu krediti isə 2023-cü ilədək bağlamalıdır. 2021-ci ilin sonuna onun ümumi kredit borcu 890 198 manatdır.
Qeyd edək ki, hazırda ölkədə inflyasiya 12.4% təşkil edir. Yerli bazarda adətən belə hallarda banklar üçün kredit inflyasiyadan yuxarı həddə olur.