12 C
Baku
Monday, November 25, 2024

Kanada Ukrayna taxılını ixrac etmək üçün gəmilər göndərmək istəyir

Kanada Ukrayna taxılını Avropa limanlarından ixrac etmək üçün gəmilər göndərməyə hazırdır.

Banker.az xəbər verir ki, bu barədə bazar ertəsi Kanadanın xarici işlər naziri Melani Joli mətbuat konfransında bildirib.

“Biz Kanada gəmilərini müxtəlif Avropa limanlarından taxıl daşımaq üçün göndərə bilərik”,-deyib.

Joli əlavə edib ki, Ottava hazırda bu məsələ üzərində Aİ həmkarları, o cümlədən Rumıniya ilə işləyir.

ABŞ prezidenti Co Bayden isə mayın 10-da Ukraynadakı vəziyyətin dünyada ərzaq qiymətlərinin artmasına səbəb olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Ukraynanın anbarlarında 20 milyon tondan çox taxıl var. ABŞ onu qlobal bazara çıxarmaq üçün bir yol tapmağa çalışır. Baydenin fikrincə, bu, dünyada ərzaq qiymətlərinin aşağı düşməsinə səbəb olmalıdır.

Son xəbərlər
Digər xəbərlər