14 C
Baku
Saturday, November 23, 2024

Muğanbank daha 13 aztəminatlı şəxsə yardım göstərdi

®Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna “Muğanbank” ASC də qoşulmuşdur.

Uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq Muğanbank sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrinə, qazilərə və müharibə iştirakçılarına əvəzsiz olaraq vəsaitlərin və avadanlıqların verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Dəstək almış 13 vətəndaş sırasında oyun salonu, avtoelektrik, çatdırılma xidməti, musiqiçi və digər fəaliyyət istiqamətləri ilə məşğul olan sahibkarlar yer alıb. Bununla da, “Muğanbank” ASC tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılmışdır.

“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.

mesgulluq1

Son xəbərlər
Digər xəbərlər