11 C
Baku
Monday, November 25, 2024

Möcüzənin adı “cənublular”

Müəllif: Elnur Cabbarzadə

İnsanlar  özlərini  başqalarının uğur hekayələri ilə motivasiya etməyi sevirlər.  Yəqin çoxumuz  bu haqda bir çox bioqrafiya oxumuşuq. Bu, insanda o bacardı, mən də bacaracam düşüncəsi yaradır. Amma daha vacibi, onlar nə bacardı bizdə bacarmalıyıq inancına sahib olmalıyıq. Dünyanın uğurlu insanları daha sağlam cəmiyyətlərdən çıxır.

Cənubi Koreya cəmi 100,2 min km² ərazidə 50 milyon insanın yaşadığı şərqi Asiya ölkəsidir. İkinci dünya müharibəsinə qədər Yapon işğalında qalan, müharibədən sonra iki yerə bölünən və 1950-ci ildə Şimali Koreyanın hərbi hücumundan güc-bəla ilə canını qurtaran kasıb, iqtisadiyyatı yox səviyyəsində, işçi qüvvəsi bol, ancaq demək olar ki, təbii sərvəti olmayan  ölkə fikirləşin.  İndi təsəvvürünüzdə canlandırdığınız o ölkə Samsung, Hyundai, LG, Kia kimi  bazarlarının liderlərindən sayılan  markalarını yaradıb,  G20, İƏİT  kimi təşkilatların üzvüdür  və dünyanın inkişaf etmiş ölkələri siyahısındadır.   Əhalisinin 50%-i özlərini heç bir dinə məxsus hesab etmədiyindən, Allahın işidir deyib üstündən keçmək də olmur. Ən böyük pay təbii olaraq təhsil sistemlərinindir.  Ölkənin təxminən 70%-i üniversitet həyatı yaşamış  insanlardır. ÜDM-un 8% təhsilə xərcləyirlər. Bu göstəriciyə görə ABŞ-dan sonra dünyada ikinci yerdədirlər. Hər şagirdin təhsilinə ortalama xərci 7500 USD-dır(2009-cu il). Təhsil xərclərinin mənbəyinin 80%  dövlət qurumlarının payına düşür və istehlak  xərclərinin  21% təşkil edir (bizdə bu göstərici toy paketlərinə aiddir). Müəllimləri dünyanın ən yaxşı qazanan müəllim grupuna daxildir.  Orta təcrübəli müəllimin illik gəliri  52 000 USD üzərindədir.  Aşağı intellektə malik uşaqlara dərs deyən müəllimlərə nisbətdə daha yuxarı əmək haqqı verilir. Böyük firmalar və dövlət olaraq yeni ixtiralar üçün böyük məbləğlər ayırır.

2014-cü ilin nəticəsinə görə dünyada patent sayısına görə 4-cü, adam başına düşən patent sayısına görə 2-ci yerdədirlər. Yəni ölkələrinin inkişafını milyonlar yatırıb, lüks binalar tikdirmək də yox, binanı tikən mühəndisləri hazırlamaq da görürlər. Təhsil xərclərinin göstəriciləri Avropa ortalamasının üstündədir.  Ancaq müəllimlərin və şagirlərinin iş rejimləri daha uzun və daha streslidir. Yəni Avropa və digər ölkələrə nisbətən daha çox işləyib və oxuyurlar. Deyərdim uğurlarına təsir edən əsas amillərdən biridə eteteKonfuçi fəlsəfəsini həyatlarının bir parçası etməkləri, uğuru yalnız yorulmadan çalışmaqda görməkləridir.

Koreyalılar iqtisadiyyatlarının inkişaflarını birbaşa ixracatlarında görürlər. Adamlar sənayeni inkişaf etdirəcək kadrları yetişdirməklə qalmayıb, həmin məhsulları tutulmuş bazara uğurla təqdim etməyi, markalaşdırmağı bacarıblar. Misal üçün Samsung telefonlarının yeni çıxdığı vaxtda yaponların SONY-ni nə vaxtsa nəinki keçəcəyi, rəqabətə girəcəyi ehtimalı belə gülməli görünürdü. Nəticədə dünyada ixracada 6-cı, idxalatda 7-ci yerdədirlər. İxracatda uğurun ən böyük payı  ABŞ, Çin, Avropa İtttifaqı, Avstraliya kimi aparıcı dövlətlər ilə imzalanan sərbəst ticarət müqavilələridir.  2007-ci ildə imzalanıb 2012-də qüvvəyə minən müqavilə ABŞ-ın son 20 ildə imzaladığı ən böyük ticarət müqaviləsidir. Çin coğrafiyasında C.Koreyanı əsas siyasi rəqibi olaraq görməyi, belə bir müqavilə üçün əngəl olmayıb. Dövlət adamları düşünə biliblər ki, hər iki xalqın maddi rifahı üçün böyük addımdır.

Bu uğura gətirən yolun əsasını 1960-ci ildə qoyublar. Dövlət nəzarətinin əsas olduğu planlı iqtisadiyyat modelini seçiblər. Əsasən  6 mərhələli, hər biri beş illik  inkişaf planı keçiblər.

Bu haqda uzun yazmaq olar, özü ayrıca bir mövzudur. Qısaca kasıbçılığın aradan qaldırılması, daxili təlabatlarını özləri tam ödəmək, ixracata keçid və bazarda liderçiliyi əldə etmək kimi növbəli və planlı şəkildə işlər görüblər. 1970-ci ildə ölkə əsas 4 sahənin inkişafını qarşısına məqsəd qoyub:  1) neft-kimya sənayesi  2) gəmiqayırma 3) avtomobil  4)elektrotexnika.

Hyundai Heavy İndustries dünyanın ən böyük gəmiqayırma şirkətidir. Digər 3 sahə  üzrə çıxardıqları dünya nəhəngləri də yuxarıda sadalanıb. Türizm sahəsinə son illər diqqət göstərməklərinə baxmayaraq illik artıq 13-15 milyon turist qəbul ediblər.

Cənubluların möcüzəsi bizdə onlar kimi edək, onlar kimi olaq anlayışı yaratmasın. Burda xalqın yaşayış və düşüncə tərzi əsasdır. Var olduğumuz cəmiyyətə heçnə vermədən nəsə istəmək, yüksək mövqelərə gəlmək istəyi mənasızdır. Alınsa belə qısa müddətli olacaq. Vətəndaş öz ixtisasından (hətta hobbilərindən belə) pul qazanmaqdan başqa cəmiyyət üçün nə kimi istifadə edə bilər haqda düşünməlidir. Mütləq faydalı bir şeylər vardır.  Bir insan kimi bir xalq üçün də imkansız deyilən bir şey yoxdur.

Son xəbərlər
Digər xəbərlər