2 C
Baku
Saturday, December 14, 2024

ABŞ Rusiyanı neft gəlirlərindən məhrum etməyin yolunu tapıb

ABŞ hökuməti Rusiyanı neft gəlirlərindən məhrum etmək üçün tədbirlər görmək imkanlarını öyrənir. Banker.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Rəsmilər Rusiya neftinə qiymət “tavanı” tətbiq etməyi, eləcə də ABŞ-ın məhdudiyyətləri ilə razılaşmayan alıcılara qarşı müəyyən məhdudiyyətlər qoymağı nəzərdən keçirirlər.

ABŞ bankları Rusiya neftinin idxalı üçün pulları müəyyən öhdəliklər yerinə yetirilənə qədər saxlanıla bilən əmanət hesablarına köçürməyə məcbur etmək istəyir.

Planlaşdırılır ki, Rusiya öz neftinə görə ödənişləri yalnız dərman və ərzaq kimi zəruri malların alışı müqabilində əldə edə biləcək.

Rusiya ticarət məhdudiyyətlərinə baxmayaraq, neft satışından daha çox qazanmağa başlayıb. Məsələn, 2022-ci ildə ölkənin qara qızılın satışından əldə etdiyi gəlir Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə 50% artıb.

Son xəbərlər
Digər xəbərlər