Bakı şəh., Binəqədi ray., Azadlıq pr., ev 196, m. 65 ünvanında qeydiyyatda olan “EKSPRESS-C” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağın keçiriləcək.
Azərbacyan Respublikasının Mülki Məcəlləsinin 107-1.3-cü maddəsinə əsasən “EKSPRESS-C” ASC-nin növbəti ümumi yığıncağının keçirilməsi və aşağıda qeyd edilən gündəliklərin müzakirəsi nəzərdə tutulub
- “Cəmiyyətin 2021-ci ilin maliyyə ilinin yekununa görə hesabatlarını təsdiq edilməsi, mənfəət və zərərin bölüşdürülməsi
- “Cəmiyyətdə korporativ idarəetmə strukturunun müzakirə olunması və təkmilləşdirilməsi, müvafiq təyinatların edilməsi”;
- “Cəmiyyətin adının, hüquqi ünvanının və strukturunun dəyişdirilməsi ilə bağlı yeni (ikinci) redaksiyada nizamnaməsinin təsdiq edilməsi”;
- “İstiqraz buraxılışı haqqında qərara, baza emissiya prospektinə və yekun buraxılış şərtlərinə dəyişikliyin edilməsi”.
Səhmdarların növbəti ümumi yığıncağı 30 may 2022-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C ünvanında saat 16:00 tarixində keçirləcəkdir.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq istəyən səhmdarlar iclasın keçirilməsinə 3 (üç) gün qalmış Cəmiyyətin icra orqanına müraciət edə bilər.
Səhmdarların növbəti ümumi yığıncağında şəxsiyyəti təsdiq edən sənədlə (və ya nümayəndənin səlahiyyətini təsdiq edən sənədlə) birlikdə iştirak edilməsi xahiş olunur.