6 C
Baku
Sunday, December 15, 2024

Avropa Komissiyası Ukraynaya 600 milyon avroluq maliyyə yardımı ayırıb

Avropa Komissiyası Ukrayna üçün maliyyə yardımın növbəti tranşını ayırıb.

Banker.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “Twitter“də bildirib.

“Bu gün biz Ukraynaya Makromaliyyə Yardımı çərçivəsində 600 milyon avroluq yeni tranş ayırırıq”, – o qeyd edib.

Ursula von der Leyenin sözlərinə görə, Aİ Ukraynaya daha çox dəstək verəcək, belə ki, 2022-ci il üçün Ukraynaya 9 milyard avro kredit təklif olunub: “Biz Ukraynanın azad, demokratik ölkə kimi yenidən qurulmasına kömək etmək üçün yenidənqurma platforması üzərində işləyəcəyik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər