8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda idxal və ya ixrac ilə məşğul olan özəl şirkətlərin sayı 6 mini keçib

Xarici ticarət iştirakçılarının sayı 2021-ci illə müqayisədə 2022-ci ildə 29 şəxs azalaraq 23 min 953 şəxs təşkil edib. 2021-ci ildə xarici ticarət iştirakçılarının sayı 23 min 982 şəxs olmuşdur.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu ilin 4 ayında xarici ticarət iştirakçılarının sayı fiziki şəxslər üzrə 500 şəxs azalaraq 17 min 501-ə, hüquqi şəxslər (şirkətlər) üzrə isə 471 şəxs artaraq 6 min 452 şəxs olub. Hüquqi şəxslər üzrə xarici ticarət iştirakçıların 188-i dövlət sektorundan, 6 min 264-ü özəl sektordan olub.

2021-ci ildə hüquqi şəxslər üzrə xarici ticarət iştirakçıların 180-ı dövlət sektorundan 5 min 801 özəl sektordan idi.

Son xəbərlər
Digər xəbərlər