20 C
Baku
Tuesday, April 30, 2024

“Hyundai” ABŞ-a 5 milyard dollarlıq sərmayə qoyur

ABŞ prezidenti Co Bayden Cənubi Koreyanın paytaxtı Seulda Cənubi Koreyanın avtomobil şirkəti “Hyundai”nin İdarə Heyətinin sədri Euisun Chung ilə görüşüb.

“Hyundai”nin rəhbəri görüşdən sonra verdiyi açıqlamada, ABŞ şirkətləri ilə qabaqcıl texnologiya sahəsində əməkdaşlığı gücləndirəcəklərini deyib. O, 2025-ci ilə qədər ABŞ-a daha 5 milyard dollar sərmayə qoymağa qərar verdiyini bildirilib.

Qeyd edək ki, keçən il “Hyundai” 2025-ci ilə qədər ABŞ-a cəmi 7,4 milyard dollar sərmayə qoymağa qərar verdiyini açıqlamışdı. Bu gün açıqlanan yeni qərarla ABŞ-a ümumi investisiya dəyəri 10 milyard dolları keçib.

“Hyundai” ötən cümə günü də elan etdi ki, elektrik avtomobili və akkumulyator qurğularının tikintisi üçün Gürcüstana 5,5 milyard dollar sərmayə qoymağı planlaşdırır.

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər