10 C
Baku
Wednesday, December 11, 2024

Rusiya və Çin təyyarələri birgə patrul xidməti həyata keçirib

Rusiya və Çin hərbçiləri Yapon və Şərqi Çin dənizində birgə patrul xidməti həyata keçirib.

Banker.az xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin “Tu-95MS” raketdaşıyıcısı Çin Hərbi Hava Qüvvələrinə məxsus “Xun-6K” strateji bombardmançı təyyarələri ilə birlikdə Yapon və Şərqi Çin dənizləri üzərində 13 saatlıq patrul xidməti həyata keçirib.

Məlumata görə, Rusiyanın raketdaşıyıcısı müxtəlif mərhələdəki marşrutda Cənubi Koreya və Yaponiyaya məxsus təyyarələri müşayiət edib.

Nazirlik vurğulayıb ki, Rusiya və Çin təyyarələri beynəlxalq hüquqa uyğun olaraq xarici dövlətlərə məxsus təyyarələrin hava məkanını pozmasına yol verilməməsi tapşırıqlarını həyata keçiriblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər