Azərbaycan İran təqvim ilinin ilk ayında (21 mart-20 aprel) Şərqi Azərbaycan vilayətinin əsas idxalçılarından biri olaraq, beşinci yerdə qərarlaşıb.
Banker.az xəbər verir ki, ilk ayda İranın Şərqi Azərbaycan vilayətindən 102 milyon ABŞ dolları dəyərində 164 min ton məhsul ixrac edilib. Bu isə, illik müqayisədə müvafiq olaraq 16 % çox və 3 % azdır.
Həmçinin hesabat dövründə vilayətə dəyəri 75 milyon ABŞ dollardan çox olan 26 min tondan çox məhsul idxal edilib ki, bu da, dəyər baxımından 30 % artım deməkdir, çəkidə isə heç bir dəyişiklik olmayıb.
Şərqi Azərbaycandan əsasən xalça və əl işləri, şirniyyat və şokolad, şüşə və şüşə məmulatları, polad və çuqun, plastik materiallardan hazırlanmış əşyalar, minerallar və daşlar, qoz-fındıq, neft-kimya məhsulları, maşın və mexaniki qurğular, komponentlər və hissələr, dəri və ayaqqabı məhsulları ixrac edilib. Əsas ixracatçılar isə Türkiyə, İraq, Ermənistan, Əfqanıstan, Azərbaycan, Pakistan, Gürcüstan, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri və İtaliya olub.