“Gökbey” helikopterinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər

“Türkiyənin “Gökbey” helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər”.

Bunu Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Baş direktoru Temel Kotil deyib.

O bildirib ki, bu gün “Texnofest Azərbaycan”da nümayiş etdirilən “Gökbey” helikopterlərinin kütləvi istehsalına artıq başlanılıb:

“Azərbaycana da bu helikopterlərin alınmasını təklif edirik. Tamamilə yerli istehsal olan bu helikopterlərin bəzi hissələri sonradan Azərbaycanda da hazırlana bilər. Sözügedən helikopterin hazırlanmasında təcrübəmizi də bölüşməyə hazırıq” – deyə o qeyd edib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər