Hhəftənin son iş gününə Rusiya rubl son dörd ilin ən yüksək səviyyəsinə qalxdıqdan sonra Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini 300 baza bəndi azaldıb 11%-ə endirməsi ilə yenidən dəyər itkisi ilə üzlşdi.
Banker.az az xəbər verir ki, birjalar açılan kimi rublun məzənnəsi ABŞ dollarına qarşı 10% dəyər itirdi və USD/RUB cütlüyü hazırda 65.26 səviyyəsindən (Bakı vaxtı: 09:00) yuxarıda ticarət olunur. Bu da sessiya açılandan 10% dəyər itkisi deməkdir.
Rubl Rusiya-Ukrayna müharibəsinin başlaması ilə kəskin dəyər itirməklə 1 dollar 100 rublun üzərinə qalxmışdı. Rusiya hökumətinin inzibati qaydada tətbiq etdikləri müdaxilələrdən sonra məzənnə iki dəfə bahalaşdı.
Rublu buna qədər nə bahalaşdırırdı?
-
- İxracatçılar qarşısında qoyulan tələb – hansı ki, onlardan tələb edilirdi ki xaricdən onlara daxil olan valyutaların 80%-ini daxili valyuta bazarına yönəldəcəklər;
- Birjalarda valyuta satışlarına qoyulan qadağa;
- İxracın olmaması, əvəzində ixrac etdiyi əsas məhsulların dünya bazarında bahalaşması;
- Yüksək faiz dərəcəsi: qəfil 20%-ə uçot dərəcəsinin yüksəldilməsi;
- Valyutaya çevrilə biləcək rublun miqdarına əhali və biznes üçün ciddi məhdudiyyətlər qoyması;
- Xaricə satılan qazın rublla müvəkkil bankda (Qazprombank) konvertasiya edilməklə satılması və s.
Ötən gün Elvira Nabiullinanın başçılıq etdiyi Rusiya Bankı növbədən kənar iclas keçirdi, uçot faiz dərəcəsini 14%-dən 11%-ə endirildi. İxracatçılar qarşısında olan 80%-lik tələb 50%-ə endirilib.
Azərbaycanda isə rublun məzənnəsi 6% ucuzlaşaraq 1 rubl üzrə 0.0265 manat olub.
Rusiya hökuməti bir neçə müddətdir ki, rus rublunun bu dərəcədə bahalaşmasını normal yanaşmadı. Çünki bu dövlətin xərclərinin artmasına da xidmət edir.
Rusiya Bankı gözləntilərini aşmış “qiymət artımının hazırkı sürətində əhəmiyyətli bir yavaşlamaya” reaksiya verdiyini deyir. Mayın 20-nə olan məlumata görə, illik inflyasiyanın apreldəki 17.8%-dən 17.5% səviyyəsində olduğunu təxmin edib.
Bank inflyasiyanın yumşalması və gələcək məzənnə ilə bağlı gözləntilərin kapitala nəzarəti “bir qədər” yumşaltmağa imkan verdiyini bildirir.
Qeyd edək ki, rublun məzənnəsi 1 dollar üzrə 55.89 rubl səviyyəsində idi ki, rublun bu da müharibə dövründə qeydə alınan maksimumlardan iki dəfə bahalaşmasıdır.
Buna baxmayaraq, Mərkəzi Bankın son iki həftə ərzində bank sisteminin hedcinq fəaliyyətinə qoyduğu nəzarətləri yumşaltsa da, qeyri-maliyyə qurumları üçün məhdudiyyətlər əsasən qüvvədə qalır.
Faizlərin azaldılması, müharibə başlayandan bəri demək olar ki, dayanmış kredit artımının canlanmasına kömək edəcək. Həftə sonu “Forbes” tərəfindən istinad edilən məsləhətçi Frank RG-nin ilkin məlumatları göstərirdi ki, yeni ipoteka kreditləri aprel ayında üçdə iki azalıb.
Rublun bahalaşması, ilk növbədə, müharibə başlayandan bəri kəskin şəkildə genişlənən ölkənin cari hesabının profisiti ilə bağlı idi. Rusiya üçün müharibənin özü bazarları qiymətlərə böyük geosiyasi risk “mükafatı” daxil etməyə sövq etdiyi üçün neft və qaz ixracından əldə edilən gəlirlər artıb. Eyni zamanda, Vaşinqtonda yerləşən Beynəlxalq Maliyyə İnstitutunun analitiklərinin hesablamalarına görə, aprel ayında idxal 50% azalıb, çünki qərb şirkətləri Rusiyadakı bizneslərini sürətlə kiçildirlər. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, əsas idxalın müharibədən əvvəlki ehtiyatlarının tükənməsi səbəbindən iqtisadiyyatın bu ilin ikinci yarısından etibarən “struktur transformasiyası” dövrü keçirəcəyini gözlədiyini söylədi.
Mərkəzi Bank bildirib ki, iqtisadiyyat üçün xarici şərtlər “çətin olaraq qalır”. Avropa Birliyi tərəfindən neftə tam boykot edilməsə belə, regional tələbatın kəskin azalması iqtisadiyyatın əsasını təşkil edən yerli xam neftin aprel ayında gündəlik 1 milyon bareldən çox azalmasına səbəb olub. Baş nazirin müavini Aleksandr Novak bildirib ki, neft bu ay gündə 200 min bareldən çox artmalı və iyunda daha da bərpa olunmalıdır.
Hökumət bu il iqtisadiyyatın 7.8% azalacağını gözləyir.