Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Qələbə paradından sonra media nümayəndələri üçün xüsusi brifinq keçirəcək.
Bu barədə məlumatı Rusiya liderinin köməkçisi Yuri Uşakov paylaşıb.
Bu gün baş tutan paradda çıxış edən Putin Qələbə Gününü ölkənin ən əsas və müqəddəs bayramı adlandırıb.
Təxminən 8,5 dəqiqə davam edən nitqində o, nasizmin darmadağın edilməsində və dünyanın xilasında məhz sovet xalqının həlledici rol oynadığını xüsusi vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Slovakiyanın Baş naziri Robert Fitsonun Moskva səfəri zamanı Vladimir Putinə Ukrayna lideri Volodimir Zelenskinin ismarışını gətirməsi ilə bağlı yaranmış vəziyyətə Kremldə aydınlıq gətirilmişdi.






