-1 C
Baku
Sunday, December 15, 2024

Rusiya ərzaq böhranı ilə bağlı Qərbə şərt qoydu

Ukrayna və Rusiya arasındakı müharibə buğdanın qiymətini son 14 ilin ən yüksək səviyyəsinə qaldırıb.

Banker.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin İtaliyanın Baş naziri Mario Draqi ilə telefon danışığı zamanı böhranın həlli üçün şərtlərini açıqlayıb.

Putin və Draqinin telefon söhbətində qlobal ərzaq təhlükəsizliyi sahəsində mövcud vəziyyət və böhrandan çıxış yolları da müzakirə edilib.

Vladimir Putin Rusiyanın kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı yaranan problemlərdə Moskvaya ünvanan ittihamın əsassız olduğuna diqqət çəkib. O, qeyd edib ki, problemə səbəb istehsal və logistika zəncirlərinin fəaliyyəti ilə bağlı pozulmalar olub.

Koronavirus pandemiyası zamanı ABŞ və Avropa İttifaqının tətbiq etdiyi anti-Rusiya sanksiyaları ilə Qərb ölkələrinin maliyyə siyasətinin ağırlaşdığına diqqət çəkən Putin taxıl və gübrə ixracı ilə əlaqəli böhranın aradan qaldırılmasına mühüm töhfə verməyə hazır olduğunu vurğulayıb. Amma bir şərtlə ki, Qərbdən gələn siyasi məhdudiyyətlər götürülməlidir. Əks halda Rusiya güzəştə getməyəcək.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər