10 C
Baku
Saturday, November 23, 2024

“Birkart” BOKT ötən il xeyli böyüyüb

“Birkart” BOKT MMC 2021-ci ildə aktivlərinin həcmini 8.060 mln. manata çatdırıb.

Bu barədə Banker.az BOKT-un illik audit hesabatına istinadən xəbər verir.

Bu da son bir ildə 84% artım deməkdir. BOKT-un aktivlərinin 7.444 mln. manatı investisiya, 0.573 mln. manatı əmlakı, 0.177 mln. manatı qısamüddətli aktivləridir.

Bununla belə BOKT öhdəliklərini 1.059 mln. manatdan 0.086 mln. manata qədər azaldıb.

“Birkart” BOKT MMC-nin əsas fəaliyyət istiqaməti üzrə gəlirləri 0.931 mln. manat (2020-ci ildə: 1.162 mln. manat), satışın maya dəyəri isə 0.706 mln. manat olub – bu da onun ümumi mənfəətini 1.162 mln. manatdan 0.224 mln. manata düşüb.

BOKT 2021-ci ildə inzibati xərclərini 1.153 mln. manatdan 0.359 mln. manata qədər azaldıb. Lakin, göründüyü kimi gəlirlərinin də düşdüyü və əlavə xərclərin yaranması onu zərər etməyə məcbur edib. BOKT ötən il ərzində 0.140 mln. manat zərər edib (yaxud 140 min manat). Bu zərərdən sonra BOKT-un balansında yığılmış zərər 0.388 mln. manata qədər artıb.

Qeyd edək ki, BOKT-un nizamnamə kapitalı 8.540 mln. manatdan 21 240 000 manata yüksəlib. Bununla da BOKT ölkənin ilk üç ən böyük kapitallı kredit təşkilatı olub.

 

Son xəbərlər
Digər xəbərlər