2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan şirkətinin akkreditasiyası ləğv olundu – Səbəb

“AZSERTCENTER” MMC istehlakçıları və sahibkarlıq subyektlərini çaşdırmaqla ona verilmiş icazədən sui-istifadə edərək səlahiyyəti olmadığı halda, bir sıra istehlak mallarına qanunsuz uyğunluq sertifikatları təqdim edib.
Banker.az bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Dövlət Xidmətindən bildirilir ki, bunları nəzərə alaraq, 27 may 2022-ci il tarixdə Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən “AZSERTCENTER” MMC-nin uyğunluğun qiymətləndirilməsi (sertifikatlaşdırma) fəaliyyətinə verilmiş akkreditasiya attestatı ləğv edilib.

 

Son xəbərlər
Digər xəbərlər