8 C
Baku
Thursday, January 9, 2025

Murad Şirəliyev kimdir?

Banker.az saytı olaraq bu dəfə sizə Kapital Bankın İdarə Heyəti sədrinin müavini haqqında məlumat verəcəyik.

Murad Şirəliyev 1978-ci il 2 mart tarixində Bakı şəhərində anadan olmuşdur.

Təhsili

1994-1998-ci illər ərzində Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil almış, 2000-ci ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İqtisadiyyat və idarəetmə” ixtisası üzrə magistr pilləsini fərglənmə diplomu ilə bitirmişdir.

O, 2001- ci ildən 2004-cü ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşgul olmuşdur. 2005-ci ildə isə namizədlik dissertasiyanı müdafia etmişdir və iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

Fəaliyyəti

Əmək fəaliyyətinə 1993-cü ildən başlamışdır. Bank sistemində 1998-ci ilin oktyabr ayından, Kapital Bankda isə 2000-ci ilin iyul ayından çalışır.

29 dekabr 2004-cü il tarixində Bankın İdarə Heyətinə üzv seçilmişdir.

24 oktyabr 2005-ci il tarixindən Bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

2015-ci il 22 İyul tarixində Azərbaycan Beynəlxalq Bankının İdarə heyəti sədrinin müavini təyin edilmişdir.

Rus, ingilis, fransız və alman dillərini bilir.

Son xəbərlər
Digər xəbərlər