SAP Rusiya və Belarusdakı işçilərini işdən çıxaracaq. İşdən çıxma haqqı ilə yanaşı, hər bir əməkdaşa SAP-ın digər ölkələrdəki bölmələrində işləmək təklif olunacaq.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İşçi heyətinin restrukturizasiyası proqramı iyunda başlayacaq və 2022-ci ilin sonunda başa çatacaq. Ofis bağlanacaq.
Xatırladaq ki, SAP Rusiyadakı fəaliyyətini aprelin 19-da dayandırıb.