Serbiya Azərbaycanla interkonnektor vasitəsilə qaz tədarükü məsələsini müzakirə edir.
Banker.az xəbər verir ki, bunu Serbiya baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
“Biz energetika naziri Pərviz Şahbazovla Azərbaycan qazının interkonnektor vasitəsilə tədarükü məsələsini müzakirə etdik”, – deyə o bildirib.
Onun sözlərinə görə, Serbiya Rusiyadan enerji ehtiyatları tədarükündən 100 faiz asılıdır, ona görə də tədarükün şaxələndirilməsi çox vacibdir.