Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (həmçinin Orta Dəhliz adlandırılır) Bakıdan keçən yüklərin Türkiyənin Ənbərli limanına daşınması planlaşdırılır.
Banker.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Trans-Xəzər-Beynəlxalq-Tranzit Marşutu Assosiasiyanın Baş katibi Qaydar Abdikərimov deyib.
“Ənbərli limanı Türkiyənin Avropa hissəsində yerləşir. Burdan biz yükləri rahat şəkildə Rotterdama, Hamburqa çatdıra bilərik”, – deyə o, qeyd edib.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.