9 C
Baku
Thursday, December 12, 2024

Mikayıl Cabbarov Rumıniya naziri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, enerji, nəqliyyat, ticarət və s. sahələrdə tərəfdaşlıq, SOCAR-ın Rumıniyada fəaliyyəti vurğulanıb, Rumıniya şirkətləri Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

 

Son xəbərlər
Digər xəbərlər