Amerikanın İT şirkəti “Hewlett Packard Enterprise” (HP) Rusiya və Belarusdakı biznesini dayandırdığını açıqlayıb. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Enrike Lores analitiklərlə görüşündə bildirib. “HP” rəhbəri vurğulayıb ki, o, bu ölkələrdə “fəaliyyəti davam etdirməyi məqsədəuyğun hesab etmir”.
“Fevralın sonunda Rusiya və Belarusda çatdırılma və satışın dayandırılmasından sonra vəziyyəti diqqətlə izlədik. Bu ölkələrdə fəaliyyətimizi davam etdirməyimiz artıq məqsədəuyğun deyil”, – deyə mesajda bildirilir.
“HP” Rusiyanın “Baykal” prosessorlarında noutbuk istehsalı üçün tərəfdaş olmaq istəyən şirkətlərdən biri olub.
Aprelin 12-də Finlandiyanın “Nokia” şirkəti Rusiyadan çıxdığını elan edib. Şirkət vurğulayıb ki, qərar heç bir şəkildə onun maliyyə göstəricilərinə təsir etməyəcək – 2021-ci ildə Rusiyanın payına Nokia” avadanlıqlarının satışının 2%-dən az hissəsi düşüb.
Bundan əvvəl Cənubi Koreyanın məişət elektronikası istehsalçısı “LG Electronics” də Rusiyaya tədarükün dayandırıldığını açıqlamışdı. Firma Rusiya ilə də əlaqələri dayandıran “Apple”, “Intel” və “AMD” şirkətlərinə qoşulmuşdu.