20 C
Baku
Saturday, September 28, 2024

Ukrayna iqtisadiyyatının ümumi itkiləri açıqlanıb

Ukraynanın Nazirlər Kabineti Rusiyanın müharibəyə başlamasından sonra ümumi itkilərini hesablayıb, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Bildirilir ki, hökumət itkilərin 600 milyard dollara çatdığını qeyd edib. Bildiyimiz kimi, hələ martın ortalarında Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin bərpası üçün 500 milyard dollar lazım olduğunu açıqlamışdı.

Müharibə başlayandan Ukrayna iqtisadiyyatı dəstəkləmək üçün Qərbdən 6.5 milyard dollar alıb. Ukrayna Milli Bankının rəhbəri Yekaterina Rojkovanın sözlərinə görə, məbləğə həm qrantlar, həm də kreditlər daxildir. Eyni zamanda rəsmi şəxs pulun nə qədərinin pulsuz alındığını və Kiyevin kreditorlara nə qədər qaytarmalı olduğunu açıqlamayıb.

Mayın 21-də ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə yardımı nəzərdə tutan qanunu imzalayıb. Ona əsasən, Kiyev Vaşinqtondan 40 milyard dollar alacaq.

Son xəbərlər
Digər xəbərlər